AZ

“Tok” vurmadan komaya düşən şəhid qardaşı öldü - FOTO

Ötən həftə Ucar rayonu ərazisində cərəyan vuran Elvin Tağızadənin həyatını xilas etmək mümkün olmayıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, o, koma vəziyyətində müalicə aldığı Bakı xəstəxanalarından birində dünyasını dəyişib.

E.Tağızadə bu gün yaşadığı Mingəçevir şəhərində torpağa tapşırılıb.

Qeyd edək ki, Elvin Tağızadə 2023-cü ildə Azərbaycanın Qarabağ ərazisində həyata keçirdiyi antiterror tədbirləri zamanı şəhid olan Cahangir Tağızadənin tək qardaşı idi. Həmçinin onun dayısı da birinci Qarabağ savaşında şəhid olub.

Mərhumun nişanlı olduğu bildirilir.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
Mənbələr
Şərh ()
Bağla