AZ

“Barselona”nın keçmiş baş məşqçisi “Bayern” yolunda?

“Bayern” “Barselona”nın sabiq çalışdırıcısı Ernesto Valverdeni yayda baş məşqçi postuna təyin edə bilər.

Sportinfo.az xəbər verir ki, ispaniyalı mütəxəssis hazırda “Atletik”ə rəhbərlik edir.

La Liqa klubu Valverde ilə bu mövsüm İspaniya kubokunu qazanıb. Həmçinin, onun komandası Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparır və turnir cədvəlində beşinci yerdədir.

Valverdenin klubu ilə müqaviləsi 2024-cü ilin iyun ayına qədər nəzərdə tutulub. O, 2022-ci ilin yayından “Atletik”ə rəhbərlik edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
Mənbələr
Şərh ()
Bağla