AZ

Dünya çempionu dünyasını dəyişdi

Argentina futboluna itki üz verib.

“Football-plus.az” xəbər verir ki, məşhur mütəxəssis Luis Sesar Menotti dünyasını dəyişib.

Argentina millisinin sabiq baş məşqçisi Sesar Luis Menotti mayın 5-də 85 yaşında vəfat edib. Bu barədə Argentina Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb. Menotti məşqçi karyerası ərzində müxtəlif ölkələrin komandasını çalışdırıb. O, 1974-83-cü illərdə başçılıq etdiyi Argentina yığmasını 1978-ci ildə keçirilən dünya çempionatında qələbəyə daşıyıb. Bu, ölkənin əsas komandasının qalib gəldiyi ilk mundial olub.

Menottinin çalışdırdığı xarici klublar sırasında “Barselona” da olub. O, İspaniya nəhəngi ilə ölkə və Liqa kubokunu və ölkə superkubokunu qazanıb. Məşhur mütəxəssis ölkəsində “Boka Xuniors”, “İndependyente”, “Rosario Sentral”, İtaliyada “Sampdoriya” və İspaniyada isə “Atletiko”ya da başçılıq edib. Onun 1991-92-ci illərdə Meksika yığmasını çalışdırdığını da xatırladaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
Mənbələr
Şərh ()
Bağla