AZ

Maradonanın qəbir yeri dəyişdirilə bilər

2020-ci ildə dünyasını dəyişən Dieqo Maradona ilə bağlı maraqlı xəbər yayılıb.

“Football-plus.az” xəbər verir ki, övladları əfsanəvi argentinalı futbolçunun qəbir yerini dəyişmək istəyirlər.
Onların məqsədi cənazəni daha təhlükəsiz yerə köçürməkdi. “Reuters”in yaydığı məlumata görə, Maradonanın övladları artıq bunun üçün məhkəməyə müraciət edib. Maraqlıdı ki, onlar cənazənin Argentina prezidentinin rəsmi iqamətgahının arxasında yerləşən məqbərəyə köçürülməsini istəyirlər. Hazırda DÇ-1986-nın qalibinin qəbri paytaxt Buenos-Ayresin kənarında, xüsusi qəbiristanlıqda yerləşir. Bu qəbiristanlıqda onu yalnız ailə üzvləri ziyarət edə bilər. Həmçinin övladları Maradonanın cənazəsini məqbərəyə köçürməklə başqa adamlara da əfsanəvi futbolçunun qəbrini ziyarət etmək imkanı vermək istəyirlər.

Xatırladaq ki, Argentina yığması ilə DÇ-1990-ın gümüş mükafatçısı da olan Maradona 60 yaşında ürəktutmasından dünyasını dəyişib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
Mənbələr
Şərh ()
Bağla