AZ

"Uşaqlar üçün atəşkəs lazımdır"

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) sözçüsü Ceyms Elder, İsrailin hücumları altında olan Qəzzanın Rəfah şəhərində uşaqların öldürülməməsi lazım olduğunu vurğulayaraq, "Rəfahdakı uşaqlar üçün indi atəşkəsə ehtiyacımız var" deyib.

News24.az xəbər verir ki, o, Rəfah “uşaqlar şəhəri”dir və Qəzzada yaşayan uşaqların yarıdan çoxu burada yaşayır.

Rəfahda əsas yaşayış səviyyəsinin çox yoxsul olduğuna diqqət çəkən Elder, "Rəfəhdə hər 850 nəfərə bir tualet düşür. Əgər Rəfah Sərhəd Qapısı uzun müddət bağlı qalsa, ölkədə aclığın necə olduğunu görmək çətindir".\

Günel Məlikzadə


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla