AZ

“O, bir çiçəkdə bütün təbiəti görə bilirdi...”

Nizami Cəfərov: “Musa Yaqib bir şair kimi ölməzdir və heç kim onu əvəz edə bilməz”

 

Bu gün Azərbaycanın böyük şairi Musa Yaqubun anım günüdür.

 

Bununla bağlı Moderator.az-a açıqlama verən millət vəkili, akademik Nizami Cəfərov Musa Yaqub yaradıcılığı ilə bağlı maraqlı fikirlər səsləndirib, onu ölməz sənətkar kimi dəyərləndirib:

 

“Musa Yaqub Azərbaycan ədəbiyyatının böyük şəxsiyyətlərindəndir. Musa Yaqub haqqında danışanda deyirlər ki, onun şeirləri, yaradacılığı, təfəkkürü təbiətin özü qədər təbii idi.

 

Musa Yaqub İsmayıllının, Cənubi Qafqazın dağlarını, dərələrini, çaylarını, gülünü, çiçəyini ən səmimi şəkildə, parlaqlığı ilə, gözəlliyi ilə təsvir etmiş böyük bir sənətkardır. O, öz yaradıcılığında insanı da təbiətin tərkib hissəsi kimi, təbiətlə vəhdətdə təqdim edib. Musa Yaqub özündən sonra çox böyük, anlaşılan və sevilən poeziya qoyub gedib.

 

Musa Yaqub arada bir dəfə Bakıya gəldi. “Azərbaycan” jurnalında, poeziya şöbəsində çalışdı. Onun yaradıclığı Bakı ilə bağlı oldu. Amma o zaman tənqidçilər, ədəbiyaytşünaslar və Musa Yaqubu tanıyanlar deyirdilər ki, Musa Yaqub burada “dözməyəcək”. O, burada əvvəl yaratdığı poeziyanı yarada bilməyəcək. Doğrudur, məhz onlar deyən kimi də olmadı, amma bununla yanaşı hiss olundu ki, bəli, Musa Yaqubun ilham mənbəyi o dağlar, o çöllər, o meşələrdir. Musa Yaqubun istedadı daha çox orada çağlayır.

 

O, yenidən öz yurduna qayıtdı və yenə də parlaq, canlı, obrazlı, təbii yaradıcılığını davam etdirdi.  Musa Yaqub bir müddət siyasətlə məşğul odlu, millət vəkili seçildi. Yenə də Bakıya gəldi. Amma yenə də onun yaradıcılığı öz doğma kəndi, yurdu və bütövlükdə o coğrafiya ilə bağlı oldu.

Musa Yaqubun yaradıcılığında qəribə bir cəhət var. O, bir çiçəkdə, bir güldə, bir ağacda, bir bulaqda, bir çayda bütün təbiəti görmək, dərk etmək və onun bədii təsvirini verək qabiliyyətinə malik idi. Bu, Musa Yaqubun yaradıcılığının zərif mənbələrdən qidalanmaq imkanları ilə bağlı idi. Musa Yaqub xırda bir zərrədə bütün kainatı görə bilirdi.

 

Biz bu gün Musa Yaqubu sadəcə  gözəl bir insan, yaxşı bir dost, hamı ilə mehriban olmağa çalışan bir şəxs kimi anmırıq. Biz onu böyük poeziya yaratmış, yaradıcı bir şəxsiyyət kimi daha çox anırıq. O, bir şair, bir sənətkar kimi ölməzdir. Onun yerini heç kim tuta bilməz. O, elə bir orijinal ədəbiyyat yaradıb ki, bu ədəbiyayt ancaq və ancaq ona məxsusdur və hər zaman belə qalacaq”.

 

Seymur ƏLİYEV

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
Mənbələr
Şərh ()
Bağla