AZ

Yığmamızın baş məşqçisi: “Komandamızın fiziki hazırlığı rəqiblə müqayisədə aşağıdır”

“Birinci hissədə oynayan heyət yaxşı çıxış etdi. İkinci yarıda turnirin qaydalarına əsasən yeni oyunçular buraxmalı olduq”.

İdman.biz xəbər verir ki, bunu 17 yaşadək qızlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Nərgiz Qurbanova deyib.

O, Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf turnirində son matçını keçirən futbolçularımızın Türkiyəyə məğlubiyyətə şərh verib: “Oyunçuların meydana adaptasiyası yox idi. Bu üzdən belə alındı. Hiss olunurdu ki, komandamızın fiziki hazırlığı rəqiblə müqayisədə aşağıdır. Amma futbolçularımız qələbəyə motivasiya olmuşdu. Bu, 2009-cu il təvəllüdlü oyunçularımızın ilk toplanışıdır. Bəziləri üçün ilk oyun bu gün oldu. Onlar yaxşı təcrübə qazandılar. Heyətdə bəzi qızları fərqləndirmək də olar”.

Qeyd edək ki, millimiz Türkiyəyə 0:4 hesabı ilə uduzub.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
1
Mənbələr
Şərh ()
Bağla