AZ

Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində mayın7-də Beynəlxalq Muğam Mərkəzində YAP Səbail rayon təşkilatı tərəfindən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş tədbir keçirilib. SİA xəbər verir ki, əvvəlcə rayon ərazisində yerləşən Heydər Əliyev parkında Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb. Sonra Səbail rayonunda yerləşən "Şəhidlər" abidə kompleksi ziyarət edilib.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev bildirib ki, Heydər Əliyev dünyada az rast gəlinən elə nadir dövlət xadimlərindən və şəxsiyyətlərdəndir ki, fəaliyyətinin bütün istiqamətlərində milli-mənəvi dəyərlərimiz başlıca prinsip olub. Ümummilli Lider cəmiyyətin inkişaf dinamikasında ənənə və müasirliyi, milli irsə böyük ehtiramı başlıca hərəkətverici qüvvə hesab edib, azərbaycançılığı milli ideya və milli varlığımız üçün əsas ideoloji generasiya mənbəyi kimi qəbul edib. Muxtar Nağıyev həmçinin “91-lər”in də xidmətlərini xüsusi vurğulayıb.

Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev deyib ki, Ümummilli lider Heydər Əliyev hər zaman öz doğma xalqına güvənib və xalqının, dövlətinin inkişafı üçün yorulmaz fəaliyyət göstərib. Xalqının tələbini geri çevirməyən Ulu Öndər Heydər Əliyev ən çətin anda ölkəmizə rəhbərlik etmək məsuliyyətini qəbul edib. Çünki Ulu Öndəri xalqının taleyi, gələcəyi, qayğıları maraqlandırırdı. Heydər Əliyev doğma xalqının tarixinə öz adını qızıl hərflərlə yazan böyük xilaskar, bütün bir xalqı öz ətrafında birləşdirən və gələcəyə aparan öndər idi.

YAP İdarə Heyətinin üzvü, Azırbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov söyləyib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının təkidli tələbi ilə yenidən hakimiyyətə gəlməsindən sonra müasir Azərbaycan tarixinin şanlı səhifələri yazılmağa başladı. Ümummilli Liderin dövlətimiz və xalqımız üçün göstərdiyi müstəsna xidmətlər Azərbaycanın dünyada söz və nüfuz sahibi olan ölkəyə çevrilməsində mühüm rol oynadı.

Məhşur 91-lərin və YAP Veteranlar Şurasının üzvü, Türk Ağsaqqalları Birliyinin sədri, tibb elmləri doktoru, professor Südeyf İmamverdiyev, çıxış edərək vurğulayıb ki, 1993-cü ildə Ulu Öndər hakimiyyətə qayıdışı ilə xilaskarlıq missiyasını yerinə yetirdi, ölkəmizi məhv olmaq təhlükəsindən qurtardı. Ümummilli Lider Heydər Əliyevin müasir və müstəqil Azərbaycana rəhbərliyinin əsas nəticəsi ondan ibarətdir ki, dağılmaq ərəfəsində olan ölkəmiz dinamik inkişaf edən bir ölkəyə çevrildi. Bu heç də asan başa gəlməyib. Azərbaycanı inkişaf yoluna yönəltmək üçün böyük zəhmət sərf olunub. Odur ki, biz Heydər Əliyevin qurucusu olduğu bugünkü Azərbaycanı daim qorumalıyıq.

Daha sonra Şəhid Murad Qurbanovun anası, Mehriban xanım Ulu Öndərin Azərbaycan xalqına olan sonsuz və dərin məhəbbətindən, Ümümmilli Liderimizin xalqı üçün durmadan gecə-gündüz çalışaraq silinməz bir irs qoyduğundan bəhs edib

İkinci Qarabağ müharibəsinin qazisi Ramin Şirinov isə Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı üçün misilsiz xidmətlərindən bəhs edib. Ramin Şirinov həmçinin 44 günlük müharibədəki tarixi zəfərimizdən bəhs edərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə daha böyük və tarixi qələbələrə imza atacağımızdan əminliklə bəhs edib

Cövdət Hacıyev adına 3 nömrəli 11 illik musiqi məktəbinin gənc üzvləri öz musiqi və rəqs ifaları ilə tədbirə rəng qatıb

Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərman, partiya sıralarına yeni qoşulan gənclərə isə üzvlük vəsiqələri təqdim edilib.

Tədbir bədii hissə ilə başa çatıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
47
Mənbələr
Şərh ()
Bağla