AZ

QDİƏT-in turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə baş tutub » AzadMedia.az


Mayın 7-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Turizm sahəsində əməkdaşlıq üzrə işçi qrupunun video-konfrans formatında keçirilmiş 2-ci iclası Dövlət Turizm Agentliyinin nümayəndələrinin iştirakı ilə baş tutub.

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin Aparatının rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəlil Məlikovun sədrliyi ilə keçirilən iclasda region ölkələrində turizmin dayanıqlı inkişafı, ölkəmizin təşkilata sədrlik edəcəyi 2023-2024-cü illər üzrə planlaşdırıaln tədbirlər, təşkilat üzvləri arasında əlaqələrin genişləndirilməsi sahəsində görülmüş işlər, eləcə də cari ilin 22-23 aprel tarixlərində Bakıda Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə keçirilmiş QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin birinci görüşü haqqında müzakirələr aparılıb.

İclas çərçivəsində üzv dövlətlərdən olan iştirakçı nümayəndələr tərəfindən təmsil etdikləri ölkələrin mövcud turizm potensialı haqqında təqdimatlar edilib və müzakirələrin yekununa dair icmal hesabat qəbul edilib.

Qeyd edək ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Turizm sahəsində əməkdaşlıq üzrə işçi qrupunun ilk iclası ötən ilin oktyabr ayında keçirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
6
Mənbələr
Şərh ()
Bağla