AZ

Rusiya Böyük Britaniyanın hərbi obyektlərini vura bilər - Zaxarova

Bakı. Trend:

Kiyev Rusiya ərazisini Britaniyanın silahları ilə vuracağıtəqdirdə, Moskvanın Böyük Britaniyanın Ukraynadakı və ondankənardakı hərbi obyektlərinə zərbə endirmək hüququ olacaq.

Trend xəbərverir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsminümayəndəsi Mariya Zaxarova "TASS" agentliyinə Böyük Britaniyanınxarici işlər naziri Devid Kemeronun Kiyevin Rusiya ərazisinə zərbəendirmək üçün Britaniya silahlarından istifadəsini legitim hesabetdiyinə dair açıqlamasına münasibət bildirərkən deyib.

"Bu ssenari reallaşacağı təqdirdə, Rusiya Federasiyası müvafiqşəkildə cavab vermək, yəni hədəf olaraq həm Ukrayna ərazisində, həmdə ondan kənardakı Britaniya obyektlərini - hərbi obyektləri,silahları və s. istifadə etmək hüququnu özündə saxlayır", -Zaxarova deyib.

Zaxarova Kemeronun sözlərini tamamilə ağılsız hesab etdiyinibildirib.

Qeyd edək ki, bu yaxında Böyük Britaniyanın xarici işlər naziriDevid Kemeron "Reuters" agentliyinə müsahibəsində Kiyevin Britaniyasilahlarından istifadə etməklə Rusiya ərazisinə zərbə endirməkhüququnun olduğunu bildirib.

Kemeronun açıqlamasından sonra Böyük Britaniyanın Rusiyadakısəfiri Naycel Keysi Xarici İşlər Nazirliyinə çağırılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
3
Mənbələr
Şərh ()
Bağla