AZ

PASHA Holding ölkənin ən böyük özəl strukturlarından biri olaraq dayanıqlı inkişaf məqsədlərinin icrasında iştirak edir - Aytac Muxtarzadə

Bakı. Trend:

PASHA Holding ölkənin ən böyük özəl strukturlarından biri olaraqdayanıqlı inkişaf məqsədlərinin icrasında iştirak edir.

Trend xəbər verir ki, bunu PASHA Holding-in ictimaiyyətləəlaqələr üzrə rəhbəri Aytac Muxtarzadə Azərbaycanın 4-cü KönüllüMilli Hesabatı – Azərbaycanda DİM-lərin icrası sahəsindənailiyyətlər, çağırışlar, boşluqlar, kritik uğur faktorları vəqabaqcıl təcrübələrə dair baxış bucaqları” mövzusunda yüksəksəviyyəli paneldə çıxışında deyib.

“Özəl sektor dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçünvacib oyunçulardandır. Belə ki, PAŞA Holding özəl sektoriştirakçısı olaraq öz fəaliyyəti ilə DİM çərçivəsindəiqtisadiyyata, innovasiya ekosisteminə, insan kapitalına, cəmiyyətəvə iqlim məsələlərinin həllinə töhfə verir və beləliklə DİMicrasında iştirak edir”, - deyə o bildirib.

Onun sözlərinə görə, PASHA Holding-də 20 mindən çox əməkdaşçalışır.

“Şirkətlər müxtəlif alətlərdən istifadə edərək işçilər üçün ənyaxşı iş şəraiti yaratmalıdırlar. Əməkdaşlar üçün yaradılan işmühüti və imkanlar hər bir şəxs üçün bərabər, ədalətli olmalıdır.Bizim qurumda bu belədir. Qadınlar bizim mərkəzi və digərstrukturlarımızda yüksək vəzifələrdə çalışırlar”, - deyə obildirib.

O, həmçinin, qeyd edib ki, PASHA Holding işğaldan azad olunmuşərazilərdə də dayanıqlı inkişaf məqsədlərinə töhfə verir.

“Biz həmin sahələrdə infrastruktur obyektlərinin bərpası iləyanaşı, ekoloji bərpaya da diqqət yetiririk. Qarabağ Dirçəliş Fonduilə birgə Zəngilanda 30 min ağacın əkilməsində iştirak etmişik”, -deyə o bildirib.

Qeyd edək ki, Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatınadair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci Dayanıqlı İnkişafMəqsədləri (DİM) üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqukeçirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
Mənbələr
Şərh ()
Bağla