AZ

Hizbullah İsrail əsgərlərini və Dəmir Qübbə sistemini hədəf aldı

Hizbullah Livanın cənubundan kamikadze pilotsuz uçuş aparatları (PUA) ilə İsrail əsgərlərinin yerləşdiyi Dəmir Günbəz bazasına və hava hücumundan müdafiə sisteminə hücumlar həyata keçirib. Hücumlarla bağlı İsrail ordusundan açıqlama verilib.

Turkustan.az xəbər verir ki, Hizbullah İsrail ordusuna aid sərhəd bölgəsində hərbi hədəflərə qarşı həyata keçirdiyi hücumlarla bağlı açıqlama verib.

Açıqlamada İsrail əsgərlərinin yerləşdiyi Yiftah qəsəbəsindəki bir binaya və Ramot Naftali qəsəbəsində yerləşən “Dəmir Qübbə” hava hücumundan müdafiə sisteminə kamikadze PUA ilə hücumların həyata keçirildiyi qeyd edilib.

Yiftaha hücum nəticəsində İsrail əsgərləri arasında ölən və yaralananların olduğu, Ramot Naftalıya hücum nəticəsində yanğının baş verdiyi bildirilib.

Hizbullah başqa bir açıqlamada İsrailin Ər-Rahib hərbi bazasında olan əsgərlərin və Smaki hərbi bazasındakı hərbi kəşfiyyat vasitələrinin müvafiq silahlarla hədəfə alındığını bildirib.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla