AZ

Şəhidin qardaşı faciəli şəkildə vəfat etdi - toyu olacaqdı - FOTO - YENİLƏNİB

Şəxsin iş yerində aldığı xəsarətlərdən ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Ucar rayon prokurorluğundan İqtisadiyyat.az-a verilən məlumata görə, Kəlbəcər rayon sakini 1999-cu il təvəllüdlü Elvin Tağıyevin iş zamanı aldığı xəsarətlərdən mayın 7-də müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla “Electro-İndustries” QSC-nin elektrik quraşdırıcısı vəzifəsində işləmiş Elvin Tağıyevin aprelin 29-da “Mingəçevir REŞ” MMC-nin Ucar yarımstansiyasında aparılan yenidənqurma işləri zamanı elektrik cərəyanı vurması nəticəsində almış olduğu xəsarətlərdən mayın 7-si müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ucar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

***

12.45

Şəhid Cahangir Tağızadənin qardaşı Elvin Tağızadə faciəli şəkildə vəfat edib

Mingəçevir sakinini elektrik cərəyanı vuraraq öldürüb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, 24 yaşlı Elvin Qurban oğlu Tağızadəni ehtiyatsızlıqdan elektrik cərəyanı vurub. O, dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Onun cənazəsi hazırda Mingəçevir şəhərinə aparılır.

Qeyd edək ki, E.Tağızadə ötən ilin sentyabrında antiterror əməliyyatları zamanı şəhid olmuş Cahangir Tağızadənin qardaşıdır. O, nişanlı imiş və şəhid qardaşının il mərasimindən sonra toyunun olacağı gözlənilirdi. Ailənin Elvin və Cahangirdən başqa övladı olmayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
9
Mənbələr
Şərh ()
Bağla