AZ

Azərbaycanda fəaliyyət göstərən təşkilatlar Gürcüstan QHT-ləri vasitəsilə maliyyələşmirdilər -ŞƏRH

  “Xarici agentlər haqqında” qanun layihəsi yenidən Gürcüstanda daxili gərginliyi artırıb. Bu qanunun QHT rəhbərləri və bəzi dövlət adamları tərəfindən birmənalı qarşılanmayıb. 
Qeyd edək ki, layihə Rusiyada qüvvədə olan qanun layihəsinə bənzədilir. Gürcüstan parlamenti martın 7-si məhz bu layihəni qəbul edib. Qanuna əsasən, qeyri-kommersiya hüquqi şəxsləri və KİV-in gəlirlərinin 20 faizindən çoxu xaricdən gələrsə, onlar “xarici təsirli agent” statusu alacaqlar. Bu şəxslərdən qeydiyyatdan keçmələri tələb olunur, əks halda isə onları cərimə gözləyəcək. Bununla yanaşı, Ədliyyə Nazirliyi həmin şəxslərlə bağlı araşdırma başlada bilər. Politoloqların fikrincə, belə bir təşəbbüsün qəbul edilməsi Gürcüstanın Avropa İttifaqına daxil edilməsi prosesini əhəmiyyətli dərəcədə çətinləşdirəcək.
İkinci qanun layihəsi isə şərti olaraq “ABŞ variantı” adlandırılır. Belə ki, bu layihə Amerikada 1938-ci ildə qəbul edilən “Xarici agentlərin qeydiyyata alınması barədə qanun”la (Foreign Agents Registration Act, FARA) oxşardır. Bu qanuna əsasən “xarici agent” statusu nəinki KİV və qeyri-hökumət təşkilatları, eləcə də digər hüquqi və fiziki şəxslər üçün də nəzərdə tutulub.
Azərbaycanda fəaliyyət göstərən bəzi QHT-lərin də Gürcüstan vasitəsiylə Qərbdən maliyyələşməsi ilə bağlı fikirlər səsləndirilir. Bəs görəsən yeni qanunun qəbulundan sonra onların aqibəti necə olacaq?

Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsinin rəhbəri, hüquq müdafiəçisi Səadət Bənənyarlı  "Sherg.az"a  bildirib ki, Gürcüstanda qəbul olunan qanunun Azərbaycana heç bir adiyyatı olmayacaq:

“Azərbaycanda fəaliyyət göstərən QHT və başqa kimlər varsa, Gürcüstan QHT-ləri vasitəsilə maliyyələşmirdilər. Bunların bir-biri ilə heç bir əlaqəsi yoxdur. Bu məsələni daha şəffaf etmək lazımdır ki, Azərbaycanda fondlar özləri fəaliyyət göstərə bilsinlər. Bu şəffaqlıq nəticəsində onların fəaliyyəti yoluna qoyularsa, nəzarət də olacaq”.

Azərbaycan Milli QHT Forumunun -nun prezidenti Rauf Zeyni isə söyləyib ki, Azərbaycan dövlətçiliyə, müstəqilliyə və təhlükəsizliyə təhdid olmayan nə varsa onla beynəlxalq aləmdə əməkdaşlıq etmək olar: 

“Azərbaycan Qoşulmama hərəkatında 120  və BMT-də 200-ə yaxın dövlət ilə əməkdaşlıq edir. Müstəqilliyimizə, ərazi bütövlüyümüzə və dövlətçiliyimizə zidd olmayan nə varsa onla əməkdaşlıq etmək olar. İstər xarici agent, istərsə də qrant olsun. Əgər o bizim təhlükəsizliyimizə və müstəqilliyimizə bir təhlükə yaradırsa, o zaman biz elə bir tənqidlərin qarşısını almalı və heç bir formada xələl gəlməsinə yol verməməliyik. Bu qanun, qərar və əməkdaşlıq şəklində də ola bilər. Bunları Azərbaycan Respublikası olaraq neçə vaxtdır həyata keçiririk. Qanunvericilikdə və fəaliyyətdə də bunlar nəzərə alınıb. Biz beynəlxalq standartlara və hüquq normalarına uyğun olaraq bütün qanunlarımızı beynəlxalq qaydalar ilə tənzimləyirik. Azərbaycan Respublikasında hər hansı bir yeni qanun və qərar qəbul etməyə ehtiyac olarsa, o da Milli Məclisin səlahiyyətindədir. Əsas məsələ odur ki, Dövlət qurumları, hökumət və QHT olsun biz torpaqlarımızı işğaldan azad edəndə də bütöv olmuşuq. Azərbaycanın milli maraqlarını illərdi QHT nin böyük əksəriyyəti müdafiə edib. Hər bir yerdə milli maraqlara xidmət etməyən 3-5 nəfər tapılır və onlara da qanun çərçivəsində müvafiq tədbirlər görülməlidir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
Mənbələr
Şərh ()
Bağla