AZ

"XÜSUSİLƏ HƏRBİ SAHƏDƏ ƏMƏKDAŞLIĞA BÖYÜK ÖNƏM VERİRƏM" - ROBERT FİTSO

Mən cənab Prezidentin Ukrayna ilə bağlı mövqeyini eşidəndə sanki Slovakiya hökumətinin mövqeyinin səsləndirildiyini düşündüm.

Biz qlobal səviyyədə baş verənlər haqqında danışdıq, Ukraynada münaqişə bitəndən sonra işlər necə olacaq, Çinin dünyadakı rolu. Yəni, bizim çox oxşar mövqeyimiz var.

TEZADLAR.AZ xəbər verir ki, bunu ölkəmizə rəsmi səfərə gələn Slovakiyanın Baş naziri Robert Fitso Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatlarındakı çıxışı zamanı deyib.

"Təəssüf ki, ticarət dövriyyəmiz 70 milyon avrodan bir az çoxdur və əlbəttə, burada üstünlük də bizim tərəfimizdədir, çünki biz Azərbaycana avtomobillər ixrac edirik. Slovakiyada bu sahədə çoxsaylı müəssisələr var. Biz əməkdaşlığımızı genişləndirməliyik. Əgər güclü Prezident və siyasi baxımdan güclü Baş nazir varsa, biz bir neçə layihəni öz üzərimizə götürüb onu uğurla həyata keçirə bilərik.

Cənab Prezident, bu əməkdaşlığa, xüsusilə hərbi sahədə əməkdaşlığa böyük önəm verirəm, bunu yüksək qiymətləndirirəm. Azərbaycanda birgə istehsal sahələrinin yaradılması fikri hər kəs üçün cəlbedici olmalıdır. Biz bunun müəyyən detallarını artıq müzakirə etdik və bizim Baş nazirin müavini, müdafiə naziri cənab Kalinak bu sahədə də çox böyük fəallıq göstərir. O da əlindən gələni edəcək ki, bu layihələr uğurlu olsun. Söhbət Slovakiyanın xaricindəki istehsal sahələrindən gedir", - deyə Slovakiyanın Baş naziri çıxışında qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
Mənbələr
Şərh ()
Bağla