AZ

Murad Əhmədiyev: “Lisenziya qazanmaq asan olmayacaq”

“Lisenziya turnirinə tam hazırıq”.

Bunu İdman.bizə Azərbaycan millisinin yunan-Roma güləşçisi Murad Murad Əhmədiyev (97 kq) deyib.

O, İstanbulda keçiriləcək Dünya Olimpiya Təsnifat Turnirindən gözləntilərini açıqlayıb. Əhmədiyevin sözlərinə görə, hazırlıq ərəfəsində çox əziyyət çəkib: “Gündə 3 dəfə olmaqla məşqlərdə iştirak etdik. Qubada da çox yaxşı fiziki hazırlıq keçmişik. Özümü tam formamda hiss edirəm. İnanıram ki, lisenziya əldə edə biləcəm. Vəsiqə əldə etmək bizim üçün çox vacibdir. Çəkimdə rus, alman və digər güclü idmançılar hələ də bu arzudadırlar. Asan iş yoxdur. Buna görə də lisenziya qazanmaq da asan olmayacaq”.

Qeyd edək ki, Dünya Olimpiya Təsnifat turniri mayın 9-12-də keçiriləcək.

Banuçiçək Hüseynli
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
Mənbələr
Şərh ()
Bağla