AZ

Güzgüyə baxmadan qapını açan sürücü son anda ölümdən döndü - ANBAAN VİDEO

Binəqədi rayonu Dərnəgül qəsəbəsində baş vermiş qəza anbaan kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə mayın 3-də saat 15:42 radələrində qeydə alınıb. Belə ki, sürücü idarə etdiyi 10-ZO-277 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobili yolun hərəkət hissəsində saxlayır və güzgüyə baxmadan maşının qapısını açır. Bu zaman hərəkətdə olan “Ford Fusion” markalı avtomobil onun qapısını vuraraq yararsız vəziyyətə salır. Xoşbəxtlikdən hadisə zamanı sürücü xəsarət almayıb. 
Qeyd edək ki, qanunvericiliyə görə, nəqliyyat vasitəsinin qapılarının açılması digər yol hərəkəti iştirakçıları üçün maneə yaradarsa onları açmaq qadağandır. Bu halda qapını açıb qəzaya şəraitnyaradn sürücü məsuliyyət daşıyır və qarşı tərəfin də zərərini ödəməlidir.  

Nərmin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
159
31
avtosfer.az

10Mənbələr