AZ

Ukrayna rəsmisi Putinin andiçmə mərasimini əla saldı

Ukrayna rəsmiləri Rusiya prezidentinin andiçmə mərasimini “düşərgə lotusunun növbəti tacqoyma mərasimi” adlandırıblar.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu bənzətməni Ukrayna prezidenti Vladimir Zelenskinin müşaviri Mixail Podolyak öz “Telegram” kanalında paylaşıb.

Vladimir Putini “klassik aztəhsilli diktator” adlandran Podolyak qeyd edib ki, Rusiya azad ölkə deyil və başqalarının qanına susayan, nifrət, paxıllıq kompleksləri olan tam bir diktatura ilə idarə olunur.

Xatirə SADİQ,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
Mənbələr
Şərh ()
Bağla