AZ

"Qiyməti 12 min dollara yüksələcək" xəbərdarlığından sonra misin qiyməti 10 min dolları ötdü

Qlobal investisiya bankı Goldman-ın xəbərdarlığından sonra 1 ton misin qiyməti 10 min dolları test edib.

Marja xəbər verir ki, investorların Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini aşağı salacağına dair mərcləri artırması və "Goldman Sachs Groups Inc."in təklifin tələbdən az olacağı barədə xəbərdarlıq etməsi nəticəsində bir ton misin qiyməti 10 min dolları ötüb.

ABŞ-da zəif məşğulluq məlumatları Federal Ehtiyat Sisteminin bu il faiz dərəcələrini azaldacağına dair fərziyyələri yenidən gücləndirdiyi üçün metallar bahalaşır.

Dünya mədənlərinin artan tələbatı ödəməkdə çətinlik çəkməsi də misi bahalaşdırır. Bazarlar FED-in faiz dərəcəsini ilin sonuna qədər azaldacağı ehtimalını aprelin sonundakı 40 faizdən 53 faizə yüksəldib.

Goldman, mis üzrə il sonu qiymət proqnozunu 1 ton üçün 10 min dollardan 12 min dollara yüksəldib.

misin qiyməti

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla