AZ

Güneydə tarixi qala məhv edilir

Güney Azərbaycanın Muğan bölgəsində yerləşən tarixi Ultan qalası ərazidə aparılan qanunsuz tikinti işləri səbəbindən tamamilə yox olmaq təhlükəsi qarşısındadır.

Kult.az xəbər verir ki, bu barədə yerli mədəni fəallar məlumat yayıb.

Bildirilib ki, bununla bağlı Ərdəbil əyalətinin Mədəni İrs İdarəsinə edilən müraciətlər də cavabsız qalıb.

“Müraciətlərə cavab verilməməsi və etirazlara baxmayaraq, tikinti işlərinin dayandırılmaması, tikinti işlərinin Mədəni İrs İdarəsinin razılığı ilə həyata keçirildiyi barədə şübhələri gücləndirib”, - məlumatda bildirilib.

Qeyd edək ki, Ultan qalası Muğan düzündə, Araz çayının cənub sahilində, Ərdəbil əyalətinin Ultan kəndindən qərbdə, dəniz səviyyəsindən 67–73 m yüksəklikdə yerləşir.

Yerli əhalinin Ultan qalası adlandırdığı bu şəhər xarabalıqlarının qala divarları ilə müdafiə olunan sahəsi düzbucaq biçimdə olub, 33 hektar sahəni əhatə edir.

Bir sıra tədqiqatçılar Ultan qalasının Parfiyalılar, bəziləri isə Sasanilər dövründə inşa edildiyini ehtimal edirlər.

Qala Nadir şahın hakimiyyəti dövrünə kimi qorunub saxlanıb, lakin sonralar ruslarla aparılan müharibələr nəticəsində dağılaraq xarabalığa çevrilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
5
Mənbələr
Şərh ()
Bağla