AZ

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakı, 7 may, AZƏRTAC

Bu gün Dövlət Əmək Müfəttişliyi Xidmətinin bildiriş sistemində 1 milyon 800 minə yaxın şəxs var. Bölgüyə gəldikdə bunlardan 800 mini nəfəri qadınlardır.

AZƏRTAC xəbər verir ki, bunu “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr, qadınların iqtisadi hüquq va imkanlarının genişləndirilməsi və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu çərçivəsində keçirilən “2030-cu ilədək Azərbaycanda gender bərabərliyinə və qadınların iqtisadi səlahiyyətlərinin artırılmasına nail olunmasını sürətləndirmə üçün istiqamətlər” mövzusunda paneldə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev bildirib.

O qeyd edib ki, rəhbərlik etdiyi qurumun ötənilki fəaliyyətinə görə pozuntularla əlaqədar 1800 akt tərtib olunub.

“Bunlardan 500-ü qadınların hüquqlarının pozulması ilə bağlıdır. Pozuntuların böyük hissəsi ənənəvi olaraq əmək müqavilələrin bağlanmaması ilə əlaqədardır. Digər hissəsi isə sosial hüquqların qorunmaması ilə bağlıdır. Belə ki, əmək məzuniyyətinə görə ödənişlərin vaxtında verilməməsi şikayətlərin digər hissəsini əhatə edir”, - deyə xidmət rəisi bildirib.

Vəli Quliyev onu da əlavə edib ki, 600 qədər peşə var idi ki, qadınların işləməsi qadağan idi: “Qanunvericilikdə edilən dəyişiklikdən sonra 400 peşə üzrə işləmək imkanı yaradılıb. İnsan hüquqlarının qorunması və qanuna edilən dəyişikliyə əməl olunması üçün işəgötürənlərə həm göstərişlər verilir, həm də cərimələnirlər”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
Mənbələr
Şərh ()
Bağla