AZ

Futboldan kənarlaşdırılan Poqba kinoya çəkildi

Dopinqdən istifadəyə görə uzun müddətə futboldan kənarlaşdırılan Pol Poqba deyəsən özünə yeni iş tapıb.

''Parisien'' nəşrinin yazdığına inansaq, tanınmış fransalı yarımmüdafiəçi Fabyen Ontenyente tərəfindən çəkilən ''4 sıfır'' (4 Zeros) filmində çəkilib. Poqba həmin filmdə gənc oyunçuların yetişdirilməsi ilə məşğul olan məşqçi obrazını canlandırıb. Gələn ilin aprelin 9-da ekranlara çıxacağı gözlənilən film 2002-ci ildə çəkilən ''3 sıfır'' filminin davamı hesab olunur. Poqbadan başqa filmdə Rolan Kurbis və Gi Ru kimi tanınmış futbol adamları da çəkilib. Filmdə Kidane adlı baş qəhrəmanın ən böyük arzusu PSJ-də oynamaq olur. Bəzi səhnələr ''Park de Prens''də, konkret desək, fevralın 25-də bu stadionda keçirilən PSJ - ''Renn'' oyunu zamanı çəkilib. Xatırladaq ki, ötən ilin avqustunda Poqbadan götürülən analizdə dopinq aşkarlanmış və İtaliyanın Antidopinq Məhkəməsi bu ilin fevralın 29-da onun dördillik müddətə futboldan kənarlaşdırılması ilə bağlı qərarı təsdiqləmişdi. Təcrübəli futbolçu bu qərardan apellyasiya verib.

ƏLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
Mənbələr
Şərh ()
Bağla