AZ

“Azərbaycanla sərhədin delimitasiyası prosesini dayandırmayacağam” – Paşinyan


“Müxalifətin tələblərinə baxmayaraq, Azərbaycanla sərhədin delimitasiyası prosesini dayandırmayacağam”.
Yeniavaz.com
xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.
“Əgər mən arxiyepiskopların, katolikosların və başqalarının tələblərini yerinə yetirsəm və delimitasiyanı dayandırmağı əmr etsəm, nə baş verəcək? Müharibə başlayacaq. Və bu müharibə müəyyən mənada qeyri-qanuni olmayacaq”, - o, deyib.
Qeyd edək ki, Ermənistan müxalifəti Paşinyanı delimitasiya prosesində Azərbaycana birtərəfli qaydada güzəştə getməkdə ittiham edir və Azərbaycan SSR-in tərkibində olan və 90-cı illərdən sonra Ermənistanın nəzarətinə keçən dörd kəndin Azərbaycana verilməsi qərarını qəbuledilməz hesab edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
Mənbələr
Şərh ()
Bağla