AZ

Azərbaycan meyvə-tərəvəz ixracından 132 mln. dollardan çox gəlir əldə edib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan cari ilin birinci rübündə 132 milyon 579 min dollar dəyərində 111 min 441 ton meyvə-tərəvəz ixrac edib. 

Banco.az Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac edilən meyvə-tərəvəzin dəyəri 15,3% (17 milyon 639 min dollar), miqdarı isə 22,6% (20 min 548 ton) artıb.

2023-cü ilin eyni dövründə Azərbaycandan 114 milyon 940 min dollar dəyərində 90 min 893 ton meyvə-tərəvəz ixrac edilib. 

Qeyd edək ki, 2024-cü ilin ilk 3 ayında (yanvar-mart) meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 2,22%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 19,68%-ə bərabər olub.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla