AZ

Gürcüstan Aİ üzvlüyünə namizəd statusundan məhrum edilə bilər

Avropa Komissiyası “xarici agentlər” haqqında səs-küylü qanunun qəbulu ilə əlaqədar Gürcüstanın Aİ-yə üzv olmaq üçün namizəd statusundan məhrum edə bilər.

Yenisabah.az xəbər verir ki, bunu Brüsseldə keçirilən brifinqdə Aİ Xarici İşlər Xidmətinin spikeri Peter Stano danışıb.

O izah edib ki, belə bir qərarın qəbulu üçün bütün üzv dövlətlərin yekdilliyi, həmçinin Avropa Komissiyasının müvafiq təklifi lazımdır.

"Bu, Avropa Komissiyasının tövsiyəsi əsasında, sonra isə üzv dövlətlər tərəfindən yekdilliklə qəbul edilən müzakirələr və qərarlar əsasında baş verir", - deyə Stano əlavə edib.

Aİ ölkələrindən biri Gürcüstanın cəzalandırılmasının əleyhinədirsə, o zaman ölkəni namizədlik statusundan məhrum etmək mümkün olmayacaq. Macarıstan hökumətinin başçısı Viktor Orban hazırkı Gürcüstan hakimiyyətinin Aİ-dəki ən yaxın müttəfiqidir.

Avropa Parlamentinin 30-dan çox üzvü Avropa Komissiyasının vitse-prezidenti və Aİ diplomatiyasının rəhbəri Jozep Borreli Gürcüstanın Aİ-yə üzv olmaq üçün namizəd statusunu dayandırmağa çağırıb.


Telegram kanalımız

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla