AZ

Hər il 450 mindən çox insan astma xəstəliyindən ölür

Hazırda dünyada 350 milyona yaxın insan astma xəstəliyindən əziyyət çəkir.

Bakıvaxtı.az ÜST-nin məlumatlarına istinadən xəbər verir ki, bu xəstəlikdən ən çox ölüm halları aşağı və orta gəlirli ölkələrdə müşahidə olunur. 

Astmadan ölüm halları əsasən Myanma, Kiribati, Laos, Şri-Lanka, Yeni Qvineya, Mali və Lesoto kimi ölkələrdə qeydə alınıb.

Əhalinin sayına görə bu xəstəliyindən əziyyət çəkənlərə ən çox ABŞ, Avstraliya, Qərbi Avropa və Latın Amerikasının bəzi ölkələrində rast gəlinir.

Qeyd edək ki, astma xəstəliyi ağciyərlərdə kiçik tənəffüs yollarının iltihabı və daralması, öskürək, xırıltı, nəfəs darlığı və döş qəfəsində sıxılma nəticəsində yaranan xroniki ağciyər xəstəliyidir. Allergik reaksiyalara səbəb ola bilən və ya tənəffüs yollarını qıcıqlandıran maddələrin qəbulu astmanın inkişafı üçün mühüm risk faktorudur. 

Astmada ən çox rast gəlinən faktorlara soyuq hava, tütün, heyvan tükləri  və virus infeksiyaları daxildir. Həmçinin astmanın inkişafına qorxu, əsəb və həyəcan kimi mənfi emosiyalar da təsir edə bilər.

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla