AZ

Məşhur aktrisa xəstəxanaya yerləşdirildi

“Aşkı Memnu” serialında Firdevs obrazını canlandıran məşhur aktrisa Nebahat Çehre xəstəxanaya yerləşdirilib və ürəyinə stent qoyulub.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Aktrisanın meneceri Selçuk Kaya sosial media hesabında hazırda onun vəziyyətinin normal olduğunu açıqlayıb: “Dəyərli aktrisamız Nebahat Çehrenin vəziyyəti yaxşıdır. Hazırda öz evində istirahət edir”.

Qeyd edək ki, 80 yaşlı aktrisa 1961-ci ildən bəri bir çox film və seriallarda rol alıb. (Qafqazinfo)

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
2
Mənbələr
Şərh ()
Bağla