AZ

Almaniya Hind-Sakit okean bölgəsinə 2 döyüş gəmisi göndərdiyini açıqladı

Almaniyanın Cənubi Çin dənizinin mübahisəli sularında hərbi varlığını gücləndirmək üçün bölgəyə iki döyüş gəmisi göndərdiyi açıqlanıb.

Turkustan.az xəbər verir ki, Alman mətbuatında yer alan xəbərə görə, donanmanın “Frankfurt am Main” təchizat gəmisi Vilhelmshaven şəhərindən yola düşüb.

Göyərtəsində 200 əsgərin olduğu və müdafiə naziri Boris Pistoriusun müşayiəti ilə bir ay əvvəl Almaniyadan ayrılan "Baden-Vürtemberq" freqatı ilə görüşəcək gəmi Cənubi Çin dənizi də daxil olmaqla Hind-Sakit okean bölgəsində xidmət göstərəcək.

Almaniya Silahlı Qüvvələrinin (Bundesver) verdiyi açıqlamaya görə, gəmilər dekabr ayına qədər Afrika, Avstraliya və Yaponiya arasındakı bölgədə yerləşdiriləcək.

Missiyanın məqsədi Avropa və Almaniyanın “iqtisadi baxımdan ən vacib bölgələrdən biri olan Hind-Sakit okean regionunda daha çox iştirakını” təmin etməkdir.

Almaniya Hərbi Hava Qüvvələri də iyunun ortalarından avqust ayına kimi Hind-Sakit okean missiyasında iştirak edəcək və Hindistan da daxil olmaqla bəzi müttəfiq ölkələrlə təlimlər keçiriləcək.

Alman Silahlı Qüvvələri Hind-Sakit Okean bölgəsində yerləşdirməni “Alman donanmasının ən mühüm layihəsi” kimi qiymətləndirib.

Almaniya regiondakı digər Qərb güclərini dəstəkləmək üçün təxminən 20 ildən sonra 2021-ci ildə ilk döyüş gəmisini Cənubi Çin dənizinə göndərdi.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
1
Mənbələr
Şərh ()
Bağla