AZ

Lizinq haqqında bilməli olduğumuz vacib detallar

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Lizinq haqqında çox danışılsa da, onun konkret mexanizmlərini bilən azdır.

Banco.az lizinqlə bağlı bilinməli olan vacib detalları təqdim edir:

Lizinq  bank krediti, icarə, investisiya elementlərini cəmləşdirən münasibətlər kompleksidir. Lizinq müqaviləsinə görə lizinq verən lizinq alana lazım olan əmlakı satıcıdan mülkiyyət hüququ ilə əldə etməli və lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməlidir. Müqavilə müddəti bitdikdən sonra avadanlıq (əmlak) lizinq şirkətinin razılığı ilə qalıq dəyəri ödənilməklə lizinqalanın mülkiyyətinə keçir. Bu zaman icarə müddəti əmlakın tam amortizasiya müddətinə bərabər və ya ondan az olmalıdır.

Lizinqin 3 əsas iştirakçısı var – lizinq alan, lizinq verən və satıcı.

Müddətindən asılı olaraq 3 növ icarə müqaviləsi mövcuddur:

Qısamüddətli icarə (rentinq, ing: renting) – 1 gündən 1 ilə qədər müddətə;

Ortamüddətli icarə (hayrinq, ing: hiring) – 1 ildən 3 ilə qədər müddətə;

Uzunmüddətli icarə (lizinq, ing: leasing) – 3 ildən 20 ilə qədər.

Lizinqi kreditdən fərqləndirən cəhətlərindən biri sənədlərin və girovun tələb olunmamasıdır.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
Mənbələr
Şərh ()
Bağla