AZ

Həyatın yaşam sığortasına yatırımlar 17% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda cari ilin yanvar-mart aylarında həyatın yaşam sığortası üzrə 145 milyon 30 min manat sığorta haqqı yığılıb.

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, illik müqayisədə 17,1% və ya 21 milyon 200 min manat çoxdur.

Hesablamalarımıza görə, son 1 ildə bu sığorta növü üzrə ödənişlərin məbləği isə 40 milyon 891 min manat və ya 74,7% artaraq 95 milyon 666 min manata çatıb.

Qeyd edək ki, ötən ilin eyni dövründə yaşam sığortası üzrə yığımlar 123,8 milyon manata, ödənişlər isə 54,8 milyon manata bərabər olub.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
Mənbələr
Şərh ()
Bağla