AZ

"Rusiya NATO-ya qarşı əməliyyata hazırdır" - Polşa əks-kəşfiyyatı

Rusiya NATO-ya qarşı əməliyyata hazırdır.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Polşa hərbi əks-kəşfiyyat xidmətinin rəhbəri Yaroslav Strojik deyib.

O bildirib ki, Kreml artıq NATO ölkəsinə qarşı kiçik hərbi əməliyyata hazırdır, amma bizdə tam məlumat yoxdur: “Yalnız ehtimallara əsaslanırıq”.

Y.Strojikin sözlərinə görə, əməliyyat Estoniyanın Narva şəhərində və ya İsveç adalarında ola bilər: “Kremlin niyyətlərinə mane olan sadəcə Qərbin mövqeyidir. NATO-ya hücum edilsə, Qərbin cavabı daha sərt olacaq”.

Xatırladaq ki, bir müddət əvvəl Polşa Prezidenti Anjey Duda Rusiyanın 2026-cı ildə hərbi potensialını bərpa edəcəyini və NATO ölkələrinə hücum edə biləcəyini bildirmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
4
Mənbələr
Şərh ()
Bağla