AZ

Azərbaycan və Rusiya iqlim dəyişikliyi sahəsində əməkdaşlığı müzakirə etdi

Bakı. Trend:

Azərbaycan və Rusiya iqlim dəyişikliyi sahəsində əməkdaşlığımüzakirə edib.

Trend xəbər verir ki, bu barədə COP29-un rəsmi "X" hesabındapaylaşım edilib.

Bildirilib ki, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri,COP29-un prezidentli Muxtar Babayev Rusiyanın ekologiya və təbiisərvətlər naziri Aleksandr Kozlov və iqtisadi inkişaf naziri MaksimReşetnikovla görüşüb.

Görüş iqlim dəyişikliyi və ətraf mühitin mühafizəsi sahəsindəregional və ikitərəfli əməkdaşlığa dəstək məqsədilə baş tutub.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası builin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərarCOP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasındaqəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcəkvə 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlimsisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ciilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitindəimzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturununingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin fərqliqərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ciilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərindəyerləşir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
3
Mənbələr
Şərh ()
Bağla