AZ

Məşqçi azyaşlı idmançını vəhşicəsinə döydü

Dağıstan Respublikasından olan güləş üzrə məşqçi Orenburq vilayətində keçirilən Ümumrusiya yarışında uduzduğu üçün azyaşlı şagirdini döyüb.

Publika.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə video yayılıb. Ardınca Dağıstan Respublikasının bədən tərbiyəsi və idman naziri Sajid Sajidov hadisənin baş verdiyini təsdiqləyib.

“O, (red - məşqçini nəzərdə tutur) Karabudaxkənd rayonunun Karabudaxkənd kəndindən olan Alaudin Atayevdir, amma mən ona məşqçi də deyə bilmərəm. Üstəlik, onun belə biri olmadığı da məlum oldu. O, dövlət idman müəssisələrində işləmir və məşqçilik fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq təhsili yoxdur. Lakin bir idman zalından digərinə “tullanır”.

Özünü məşqçi kimi sınamaq qərarına gələn fərdi sahibkardır və tələbələri əsasən qohumlarının və dostlarının övladlarıdır. Onu da öyrəndim ki, o, əvvəllər də məşq və yarışma prosesində uşaqlara qarşı oxşar zorakılıq hərəkətləri edib.

Hamı kimi mən də gördüklərimdən şoka düşdüm. Heç kimin ixtiyarı yoxdur ki, idmançının məğlubiyyətinə belə reaksiya versin. Özünə bunu etməyə icazə verən böyüklərin beynində problem var. Onun psixoloji durumunu yoxlamaq lazımdır. Onu da bildirmək istəyirəm ki, artıq hüquq-mühafizə orqanları bu hadisəyə qarışıb. Sizi əmin edə bilərəm ki, bu şəxs bir daha heç vaxt heç bir idman zalında uşaqlarla işləməyəcək”, - deyə Sajidov sosial şəbəkədə yazıb.

Dağıstan Güləş Federasiyasının icraçı direktoru Mahmud Maqomedov da Alaudin Atayevlə bağlı qalmaqallı insidentə reaksiya verib. O, məşqçinin cəzalandırılacağını bildirib:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
Mənbələr
Şərh ()
Bağla