AZ

Onlayn ticarətdən geniş istifadə gələcəkdə yerli bazarı məhv edə bilər? - Açıqlama

Onlayn ticarətdən geniş istifadə gələcəkdə yerli bazarı məhv edə bilər? - Açıqlama

Onlayn ticarət artıq bütün dünyada tendensiyası halını alıb. Artıq bir çox mağazaların onlayn formada da ticarət edirlər.Ödənişlərin heç yerə getmədən edilməsi, sifarişin qapıya çatdırılması rahatlığı, eləcə də dünyanın istənilən yerindən məhsul və xidmətlərə çıxış imkanları onlayn ticarətin ən üstün cəhətlərindəndir. Bütün dünyada olduğu kimi Azərbaycanda da son illər elektron ticarət getdikcə çox yayılıb. Bu sahədə müqavilə öhdəliklərinə əməl edilməsi aktuallaşır. Elektron ticarət zamanı satıcı ilə alıcı arasında müqavilələr elektron sənəd formasında bağlanır. Bəs gələcəkdə sadəcə olaraq onlayn ticarətə keçmək olarmı

Məsələ ilə bağlı iqtisadçı Emin Qəribli Sonxeber.az-a açıqlama verib.

O bildiirb ki, artıq bir neçə ölkələrdə böyük ticarət mərkəzləri belə bağlanı:

"Texnologiya bizim həyatımıza çox böyük təsir göstərir. Dəyişikliklər ayaqlaşmaq lazımdır. Onlayn ticarət insanlara rahatlıq verir. İnkişaf etmiş ölkələrə baxsaq görərik ki, bəzi mağazalar və böyük ticarət mərkəzləri belə bağlanır. Bunun müsbət və mənfi cəhətləri var. İlk növbədə bu hal işsizliyin sayını artıracaq.
Artıq universitetlərdə bu sahəyə uyğun ixtosaslar da yaradılır. İnsanlar bu reallıqlara uyğunlaşmalıdır. Artıq ayrı-ayrı ölkələr onlayn ticarətlərə daha çox üstünlük verir. Amma ölkəmizdə yeni texnologiyanı mənimsəyən mütəxəssizlərimiz olduqca azdır. Yeni texnologiyalarla onlayn ticarətdə bugünki çatışmamazlıq gələcəkdə özünü büruzə verəcək. Bu da istisna deyil. Azərbaycan artıq buna hazır olmalıdır. Bu məsələ ilə bağlı müvafiq işlər görülməlidir".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
Mənbələr
Şərh ()
Bağla