AZ

Futzal üzrə Azərbaycan kubokunun qalibi bəlli oldu

Futzal üzrə Azərbaycan kubokunun qalibi məlum olub.
 
Moderator.az xəbər verir ki, "Araz-Naxçıvan” final matçında “Baku Fire” ilə üz-üzə gəlib.
 
Bakı İdman Sarayında keçirilən görüşün əsas hissəsi 5:5 hesabı ilə başa çatıb və oyun penaltilər seriyasına qədər uzanıb. Burada isə “Araz-Naxçıvan” 5:4 hesabı ilə qalib gələrək kuboka sahib olub.
 
Qeyd edək ki, "Araz-Naxçıvan" bu mövsüm Yüksək Liqanın da qalibi olub. "Baku Fire" isə ötən mövsüm Azərbaycan kubokunu qazanıb.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
10
Mənbələr
Şərh ()
Bağla