AZ

Kəngərli sakinlərinə Qərbi Azərbaycan İcmasının vəsiqələri təqdim olunub

Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Çalxanqala kəndində Qərbi Azərbaycan İcmasının Kəngərli rayon nümayəndəliyinin təşkilatçılığı ilə Qərbi Azərbaycan sakinləri ilə görüş keçirilib.

Görüş zamanı dədə-baba torpaqlarından köçkün düşmüş vətəndaşlara Qərbi Azərbaycanın vəsiqələri təqdim olunub.

Kəngərli rayon icmasının sədri Ələsgər Haqverdiyev bu istiqamətdə görülən işlərlə bağlı kənd sakinlərinə ətraflı məlumat verib və sonda xatirə şəkili çəkilib.

Qeyd edək ki, Qərbi Azərbaycan İcması Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyinə nail olmaq üçün yaradılan birlikdir. Təşkilat Qərbi Azərbaycanda tarixi və mədəni irsimizin bütün nümunələrinin dəqiq siyahısının hazırlanmasını davam etdirir.



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
Mənbələr
Şərh ()
Bağla