AZ

“Şizofreniya əlamətləri hər xəstə üçün fərqli şəkillərdə ortaya çıxır” - PSİXOLOQ FİKRİ

“Şizofren xəstələrdə emosional rekasiyaların itməsi, ifrat dərəcədə etinasızlıq və ya gündəlik həyatda gözə çarpan dərəcədə normadan xaric əlamətlərlə özünü göstərir. Xəstələr reallıq ilə xəyal arasında fərqi seçməkdə çətinlik çəkir. Gördükləri, eşitdikləri ya da yaşadıqları ilə bağlı səhv inanışlar yarada bilirlər. Sayıqlamalar (məsələn, qulağıma səs gəldi, gözümə adam göründü, içimdəki səs mənə təlimatlar verir), nitq və emosional ifadədəki çətinliklər kəskin əlamətlər arasında yer alır. Həmçinin hər şeydən şübhə etmə kimi davranışlar göstərə bilir. Bu davranışlar, qorxu və panik kimi hallarda ortaya çıxır. Bu insanlar çox da şiddət tətbiq etməyə meyilli deyillər. Bu səbəblə cəmiyyət içində yaşamağa davam edə bilirlər”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Lalə Ələkbərova deyib.

O bildirib ki, aparılan beyin görüntüləmə metodları ilə beyində bəzi fərqliliklər gözə çarpıb: “Beynin bəzi bölmələri kiçikdir. Beyindəki boşluqlar daha çox genişlənib. Buna görə də şizofreniya xəstələrinin plan qurması, qərar verməsi, problemləri həll etməsi çətinləşir. Qarşılarındakı insanla da nə danışacağını bilməzlər.

Xəstəlik əvvəlcə - prodrom deyilən dövründə çoxda nəzərə çarpmayan əlamətlərlə başlaya bilir və sakit bir şəkildə irəliləyir və ya ani bir şəkildə ortaya çıxa bilir. İlkin olaraq sosiallıqdan uzaqlaşma, dostlarından və digər aktivliklərdən soyuma, nitqdə azalma və qəribə maraq dairələri tapma kimi xüsusiyyətlər ola bilir".

Psixoloqun sözlərinə görə, şizofreniya əlamətləri hər xəstə üçün fərqli şəkillərdə ortaya çıxa bilir: "Şizofreniya 3 ana kateqoriyaya ayrılır: Psixotiq əlamətlər, Neqativ əlamətlər və Koqnitiv əlamətlər. Burada xəstənin dünyanı qavraması, reallığı itirərək dünyanı fərqli dəyərləndirməsi, düşünmə və davranışda qeyri-adilik sərgiləyirlər. Hərəkət pozuntusunda bu insanlar anormal bədən hərəkətləri göstərə bilirlər. Həmçinin şizofrenik xəstələr donuq səslə danışıq, enerjilərinin çox aşağı olması, passiv fəaliyyətlər sərgiləyirlər".

Ləman Sərraf

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
Mənbələr
Şərh ()
Bağla