AZ

"Vasitəçilərin səmərəsizliyi Bakı ilə danışıqlardan imtina etmək üçün əsas deyil" - Paşinyan

Vasitəçilərin səmərəsizliyi Azərbaycanla danışıqlardan imtina etmək üçün əsas deyil.

“Report” “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.

“Biz vasitəçiliyi avtomatik rədd etmirik. Amma elə vasitəçilik var ki, zaman keçdikcə effektiv olmadığını göstərir, bizim üçün problemlər yaradır”, - o vurğulayıb.

Baş nazirin fikrincə, vasitəçilər vasitəsilə danışıqlar nədənsə yaxşı getmirsə, bu, danışıqlardan imtina etmək anlamına gəlmir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
1
Mənbələr
Şərh ()
Bağla