AZ

“BU, TEATR TAMAŞASIDIR...” – Sabiq nazirdən açıqlama

“Bir çox şərhçilər Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı mövzulardan danışarkən ikinci dərəcəli, daha dəqiq desək, yanaşı amillərə böyük diqqət yetirirlər”.

“AzPolitika” xəbər verir ki, bunu keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov “Facebook” hesabında yazıb.

“Bura danışıqlar aparan qrupların formatı və tərkibi, görüşlərin yeri, növbəti görüş üçün “yaxşı ofislər” təmin edən ölkənin motivasiyası və s. daxildir”, - o əlavə edib.

Keçmiş nazir vurğulayır ki, iki ölkə arasında sərhəd məsələsinin gələcəyi bu rəngarəng örtüyün altında qalır: “Ermənistan Rusiya imperiyasının bolşevik kalonu olan SSRİ-nin işğalından sonrakı dövrdə formalaşan öz ərazisinin “pik” həddinə iddialdır.

Bununla yanaşı:

- qonşulara münasibətdə genişlənmə siyasətinin hüquqi və ideoloji əsaslarından əl çəkmir;

-Azərbaycana qarşı silahlı təcavüzə görə siyasi və mənəvi məsuliyyətdən imtina edir;

- təcavüzün nəticələrini kompensasiya etmək istəmir;

- nəzarətində olan ərazidə yerli sakinlərə münasibətdə tarixi ədalətin bərpası mövzusunu nəzərdən keçirmək istəmir.

Bütün bunlar onu göstərir ki, erməni siyasi elitası Ermənistanın otuz il əvvəl başladığı münaqişədə uduzan tərəf olması reallığını anlamır və ya qəbul etmək istəmir”.

T.Zülfüqarovun sözlərinə görə, bu gün Paşinyanın təşəbbüsü ilə danışıqlar masasında “çərçivə sülh müqaviləsi” layihəsi dayanır ki, bu da öz hüquqi statusuna görə Azərbaycanın təklif etdiyi hərtərəfli müqavilə deyil, niyyət bəyannaməsidir.

“Yuxarıda deyilənləri nəzərə alsaq, işğaldan azad edilmiş kəndlərə görə siyasi marginalların qaldırdığı hay-küy, “sətəkanda fırtına cəhdi” ümumerməni gündəmini təbliğ etmək üçün teatr tamaşasından başqa bir şey deyil...” – deyə, keçmiş nazir vurğulayıb.

Rasim

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
1
Mənbələr
Şərh ()
Bağla