- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
“Ermənistanın heç bir lideri Moskvada keçirilən Qələbə Paradında hər il iştirak etməyib”.
Azpost.info xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Paşinyan bu il mayın 9-da Rusiya paytaxtına niyə gəlməyəcəyini belə izah edib.
“Mayın 9-da Moskvada keçirilən tədbirlərdə Ermənistanın hər hansı başqa liderinin hər il iştirak etməsini xatırlamıram. Yaxud hansısa başqa ölkənin liderinin iştirakını. Sizcə, bu qəribə deyil? – Baş nazir bildirib.
Bir gün əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirmişdi ki, Paşinyan mayın 8-də Moskvada olacaq və orada Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. O qeyd edib ki, iki ölkə arasında təmaslar nəzərə çarpacaq dərəcədə azalıb və problemli məsələlər yığılıb. Ona görə də Moskva bu görüşə böyük əhəmiyyət verir.
Mayın 8-də Moskvaya səfər edəcəyini Paşinyan özü də təsdiqləyib.
Azpost.info
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.