AZ

 “Express Lombard” ASC 1 milyon manatlıq yeni səhmlər buraxacaq

 “Express Lombard” ASC yeni səhmlər buraxacaq.

FED.az bu barədə lombard şirkətinin emissiya prospekti və ya informasiya memorandumu e-sənədinə istinad edir.

Sənəddə qeyd edilir ki, səhmlərin hər birinin nominal dəyəri 200 manat olan 5 000 ədəd adi, sənədsiz, adlı səhmlərdir.

Cəlb olunacaq vəsaitlərin xalis məbləği 995.400 manat təşkil edəcək.

Anderrayter qiymətli kağızlar bazarında əsas və yardımçı investisiya xidmətlərini göstərən "Capital Partners İnvestisiya Şirkəti" QSC investisiya şirkətidir.

Təklifin səbəbi nizamnamə kapitalının artırılmasıdır. Əldə olunmuş gəlir emitentin dövriyyə 10 kapitalının artırılmasına yönəldiləcək

Lombard şirkətinin bir səhmdarı var və o Azərbaycan vətəndaşı İsayeva Svetlana Cəmil qızıdır.

Səhmlər BFB-də plan üzrə tam yerləşdirilsə, cəmi nizamnamə kapitalı 1 004 000 manata çatacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
Mənbələr
Şərh ()
Bağla