AZ

Azərbaycanda lizinq şirkəti sərmayəsini artırmaq üçün 1 milyon manatlıq səhm buraxır

"İnternational Leasing" ASC-nin nizamnamə kapitalı 1 milyon manat artırmağı planlaşdırır.

FED.az xəbər verir ki, şirkət hər birinin nominal dəyəri 50 manat olan 20 000 ədəd adi, sənədsiz, adlı səhmlər emissiya edib.

Təklifin səbəbi nizamnamə kapitalının artırılmasıdır. Əldə olunmuş gəlir emitentin dövriyyə kapitalının artırılmasına yönəldiləcək.

 "İnternational Leasing" ASC-nin hazırki nizamnamə kapitalı 50 min manatdır. Yerləşdirmə uğurla yekunlaşarsa Şirkətin nizamnamə kapitalı 1 milyon 50 min manata çatacaq.

Cəlb olunacaq vəsaitlərin xalis məbləği 995 min 400 manat təşkil edəcək.

Anderrayteri “Capital Partners İnvestisiya Şirkəti” QSC-dir.

Hazırda "İnternational Leasing" ASC-nin 100% payla səhmdarı Həsənov Nicat Vaqif oğludur. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
Mənbələr
Şərh ()
Bağla