AZ

Yarımfinalın cavab oyunu türkiyəli hakimə tapşırdı

UEFA bu həftə baş tutacaq avrokubok oyunlarında türkiyəli hakimlər briqadasına da iş verib.

Söhbət Xəlil Umut Melerdən gedir. 37 yaşlı ədalət təmsilçisi sabah Konfrans Liqasının yarımfinalının cavab oyunu çərçivəsində baş tutacaq ''Brügge'' - ''Fiorentina'' matçına təyinat alıb. Melerin yan xətdə köməkçiləri Mustafa Əmrə Əyisoy və Kərəm Ərsoy olacaq. 4-cü hakim bosniyalı İrfan Pelto, VAR hakimi Marko Frits olacaq. Bu komandaların ötən həftə Florensiyada baş tutan oyununda meydan sahibləri 3:2 üstün olmuşdular. Qeyd edək ki, Meler bu yay keçiriləcək Avropa Çempionatına dəvət alan 18 hakimdən biridi. Dekabrın əvvəllərində ''Ankaragücü''nün artıq sabiq prezidenti Faruk Koca tərəfindən döyülməsinə baxmayaraq Türkiyənin ən güclü hakimi hesab olunan Meler bu mövsüm superliqada 16, avrokuboklarda 6 qarşılaşmaya təyinat alıb. O, daha bir dəfə Səudiyyə Ərəbistanında oyun idarə edib.

ƏLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
Mənbələr
Şərh ()
Bağla