AZ

"Seçkilərin nə ilə nəticələnməsindən asılı olmayaraq, aktivlik nümayiş etdirməyin tərəfdarıyam" -Rufik İsmayılov

Medianews.az saytının baş redaktoru, Baku TV-nin aparıcısı Rufik İsmayılovun parlament seçkiləri ilə bağlı AzNews.az-a açıqlamasını təqdim edirik:

“Parlament seçkilərində iştirak etmək kimi bir niyyətim var. Amma hələlik hansı dairədən namizəd olacağım barədə qəti qərarım yoxdur. Bu, Goranboy da ola bilər, Nəsimi də, Abşeron da. Hələlik qeyri-müəyyənlik var. Ümumən isə seçkilərin nə ilə nəticələnməsindən asılı olmayaraq, aktivlik nümayiş etdirməyin, vətəndaş mövqeyi ortaya qoymağın tərəfdarıyam. 2020-ci ilin parlament seçkilərində vəzir-vəkilsiz, mühafizəsiz, tam dəstəksiz, təkbaşıma Goranboyun kəndlərini bir-bir gəzib insanlarla ünsiyyətdə oldum, hər bir yaşayış məntəqəsinin problemini öyrəndim, vətəndaşların qayğıları ilə maraqlandım. Bu, həm bölgəni yaxından tanımağıma, həm də sosiallaşmağıma, ünsiyyət çevrəmi genişləndirməyimə, kənd insanının həyat tərzinə, qayğılarına daha yaxından bələd olmağıma səbəb oldu. Deputat seçilməsəm belə, heç nə itirmədim. Harada olmağımızdan asılı olmayaraq, əsas niyyətimiz öz işimizə məsuliyyətlə yanaşmaq, ölkəmizə, vətəndaşlarımıza fayda verməkdir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
Mənbələr
Şərh ()
Bağla