AZ

Paşinyandan sülh müqaviləsi ilə bağlı SON DƏQİQƏ açıqlaması: “Noyabra qədər…”

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi noyabra qədər bağlana bilər.

Musavat.com “SputnikArmeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş nazir Nikol Paşinyan mətbuat konfransında deyib.

Paşinyan bəyan edib ki, Ermənistan noyabra qədər Azərbaycanla məlum prinsiplər çərçivəsində sülh sazişi imzalamağa hazırdır.

Onun sözlərinə görə, bunun üçün danışıqlar zamanı razılaşdırılmış bütün prinsipləri sənəddə qeyd etmək lazımdır və bu prinsiplər açıqdır.

Ermənistanın baş naziri də iki ölkənin xarici işlər nazirlərinin Almatıda keçiriləcək görüşündən sonra irəliləyişə ümid edir.

Qeyd edək ki, mayın 10-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ermənistanlı həmkarı ilə Almatıda bir araya gələcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
Mənbələr
Şərh ()
Bağla