AZ

Onlar özcinayətləriniört-basdır etməyə çalışırlar-Əziz Əlibəyli- ÖZƏL

"Bütün hallarda Ermənistan tərəfindən bir iddia varsa, bu, o deməkdir ki, həmin iddialar üzrə özlərinin törətdikləri cinayətləri ört-basdır etməyə çalışırlar. Əsas niyyət də faktiki olaraq 4000 azərbaycanlının taleyinə Ermənistan tərəfindən aydınlıq gətirilməsi ilə bağlı Azərbaycanın tələbidir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli qeyd edib:

"Birinci Qarabağ müharibəsi dönəmində Ermənistan 4000-ə qədər Azərbaycan vətəndaşını öldürüb, girov götürüb, müxtəlif əziyyətlərə məruz qoyub. Onlardan hələ də xəbər yoxdur. Azərbaycanlılar əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında bu məsələni gündəmdə saxlamaqdadır. Azərbaycan tərəfi sonrakı periodda, 2023-cü il əməliyyatı zamanı 173 nəfəri geri qaytardı. Daha sonra isə 157 nəfər geri qaytarılıb. 44 günlük müharibədə isə 2043 nəfərin meyidi geri qaytarılıb. 777 nəfər ki erməni tərəfi rəqəm şişirdib, birincisi, onların tarixləri  hanı, bunu açıqlasınlar. Bu, yoxdur. Belə bir iddia varsa, deməli, kifayət qədər azərbaycanlını gizlətməyə çalışdılar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla