AZ

Almatı görüşü iki ölkənin sülh prosesində irəliyə addım atmasına imkan verəcək - ŞƏRH

Bakı. Trend:

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovvə Ararat Mirzoyanın mayın 10-da Qazaxıstanın Almatı şəhərindəkeçirəcəkləri görüşdə sülh sazişinin mətninin və sənəddəkiayrı-ayrı bəndlərin müzakirə ediləcəyi nəzərdə tutulur. Hesabedirəm ki, bu görüş iki ölkə arasında sülh prosesində irəliyə addımatmasına imkan verəcək.

Bunu Trend-ə Milli Məclisin deputatı SevincHüseynova deyib.

O qeyd edib ki, Azərbaycan Respublikası ilə ErmənistanRespublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə DövlətKomissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikasıarasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyiməsələləri üzrə Komissiyanın aprelin 19-da keçirilən görüşdən sonraəldə olunan nəticələr onu göstərir ki, iki ölkə arasındamüzakirələrin birbaşa aparılması, Cənubi Qafqaz regionunda sülhünvə sabitliyin təmin olunması daha realdır və sülh prosesinin dahasəmərəli aparılmasını göstərir.

“Artıq Azərbaycan Respublikası ilə Ermənistan Respublikasıarasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləriçərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il mayın6-dək 40 sərhəd dirəyi quraşdırılıb.

Sülhün baza prinsipləri əsasında əldə olunması daha realgörünür. Bu, bir daha onu göstərir ki, vasitəçilər olmadan aparılandanışıqlar daha real və effektlidir. Çünki 30 illik təcrübə ərzindəvasitəçilərin real işini görmədik, əksinə, münaqişənin həllolunmaması kimi ictimai rəy yaranmışdı və danışıqlar dalanadirənmişdi, lakin son proseslər göstərir ki, birbaşa danışıqlardaha real nəticələr verə bilər.

Ermənistanın baş naziri Nikol Paşinyanın da Ermənistan vəAzərbaycan arasında sülh müqaviləsinin noyabr ayına qədər imzalanabilməsi ilə bağlı verdiyi açıqlama da birbaşa aparılan danışıqlarındaha səmərəli olduğunu göstərir”, - deyə deputat əlavə edib.

Politoloq İlyas Hüseynov isə Trend-insuallarını cavablayarkən bildirib ki, Qazaxıstanda Azərbaycan vəErmənistan Xaricişlər Nazirlərinin görüşü Cənubi Qafqazda sülhün,təhlükəsliyin və sabitliyin əldə olunması istiqamətində mühümtəşəbbüsdür.

O qeyd edib ki, Qazaxıstan çox arzulayır ki, Cənubi Qafqazdasabitlik olsun və nəqliyyat, eləcə də, enerji daşınmasında imkanlardaha da dərinləşsin, Orta dəhliz, Zəngəzur dəhlizi kimi layihələrdaha da dayanıqlı olsun və bölgənin rifahı naminə ciddiirəliləyişlər olsun.

“Məhz bu səbəbdən Qazaxıstan Prezidenti Kasım – Jomart Tokayevbu mühüm təklifi irəli sürdü və artıq mayın 10-da görüşkeçiriləcək. Eyni zamanda, görüşün əsas siyasi gündəliyində duranməsələ sərhəd təhlükəsizliyi, sərhədlərin delimitasiyası vədemarkasiyası, eləcə də, sülh müqaviləsinin mətni müzakirə olunacaqvə mühüm məsələ bundan ibarətdir ki, vasitəçilər olmadan tərəflərgörüşür. Bu baxımdan, görüşün nəticələrinə də ümid etmək olar.

Ermənistan və Qazaxıstanın münasibətlərinə də nəzər salanda deyəbilərik ki, həm Avrasiya İqtisadi Birliyi, həm də KollektivTəhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində bu dövlətlər eynisırada yer alırlar.

Qazaxıstan hər zaman Azərbaycanın haqq işini, Azərbaycanınədalətli mövqeyini dəstəkləyib. Buna görə də Almatı görüşününnəticələri ilə yanaşı, onun nəticələrinin üzərindən xətt çəkməkistəyən qüvvələri də biz düşünməliyik. Çünki şübhəsiz ki, CənubiQafqaz uğrunda vasitəçilərin bir savaşı gedir, bu qlobal savaşın dabir tərkib hissəsidir. Eyni zamanda, bu nəticələrin dayanıqlıolmasına, onun daha da dərinləşməsinə nail olmaq lazımdır”, – deyəİ.Hüseynov bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
az.trend.az

1Mənbələr