AZ

Gecə saat 2-də araq almaq istədi, arvadı qapını bağladı: 4-cü mərtəbədən sallandı və...

Sankt-Peterburqda, Santyaqo de Kuba küçəsindəki doqquz mərtəbəli binanın 36 yaşlı sakini, gecə saat ikidə spirtli içki almaq üçün mağazaya getməyə qərar verib.

Publika.az xəbər verir ki, həyat yoldaşının icazə verməməsi, qapını bağlayaraq açarları gizlətməsi vəziyyəti çətinləşdirib.

“Fontanka” yazır ki, o, çıxış yolu kimi yataq dəstlərini bir-birinə bağlayaraq cəsarətlə dördüncü mərtəbədən enməyə başlayıb. Ancaq onun hazırladığı “ip” dözməyib, nəticədə həmin şəxs yerı çırpılıb.

Təcili yardım onu xəstəxanaya çatdırıb. Bildirilir ki, baş, çanaq, qol və ayaq nahiyələrindən xəsarət alan şəxs ağır vəziyyətdədir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
Mənbələr
Şərh ()
Bağla