AZ

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Faktiki

Bakı, 7 may, AZƏRTAC

Mayın 7-si saat 15:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında, Mərkəzi Aran, Naxçıvan Muxtar Respublikası, Qarabağ, Şərqi Zəngəzur, Gəncə-Qazax, Daşkəsən-Gədəbəy, Quba-Qusar, Dağlıq Şirvan, Lənkəran-Astara bölgəsində yağış, Xınalıqda sulu qar, Şahdağda isə qar yağır.

Göygöl, Şəmkir, Balakən, Şəki, Qax, Qrız, Şahdağ, Göyçay, Lerik, Daşkəsəndə duman müşahidə olunur.

Şimal-qərb küləyi əsib, Bakıda və Abşeron yarımadasında arabir 23 metr/saniyəyədək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 4.4 metrə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 12-14°, Naxçıvan MR-da 16-19°, Aran rayonlarında 18°, dağlıq rayonlarda isə 4-8°-dək isti qeydə alınıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
167
12
Mənbələr
Şərh ()
Bağla