AZ

Zelenskiyə sui-qəsd hazırlayan şəbəkə ifşa oldu


Ukrayna Prezidenti Volodimir Zelenskiyə və dövlətin ali hərbi-siyasi rəhbərliyinin digər nümayəndələrinə sui-qəsd planlarının qarşısı alınıb.
Yeniavaz.com
“Ukrinform”a istinadla xəbər verir ki, bu barədə Ukrayna Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.
Məlumata görə, bununla bağlı Rusiya Federal Təhlükəsizlik Xidmətinə gizli məlumat ötürən Ukrayna Dövlət Təhlükəsizlik İdarəsinin iki polkovniki saxlanılıb. Onlar dövlətə xəyanət və terror aktı hazırlamaqda ittiham olunurlar. 
“Sui-qəsd planları Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən əvvəlcədən ifşa edilən kəşfiyyat şəbəkəsi tərəfindən həyata keçirilməli idi. Şəbəkəyə fəaliyyətlərinə Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən nəzarət edilən Ukrayna Dövlət Təhlükəsizlik İdarəsinin iki polkovniki də daxil idi”, - məlumatda bildirilib.
Şəbəkə Volodimir Zelenski ilə yanaşı Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasil Malyuk, Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov və digər yüksək rütbəli məmurlara da sui-qəsd təşkil etməyi planlaşdırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
Mənbələr
Şərh ()
Bağla